Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dəmir yolu 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Cəmiyyət

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 905 min 992 ton qida məhsulları daşıyıb.

Cagdas.az xəbər veriri ki bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 236 min 396 ton və ya 35 % çoxdur. Bu ilin 6 ayında ADY 388 min 764 ton qida sənayesi məhsullarını tranzitlə daşıyıb. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 138 min 954 ton və ya 56 % çoxdur.

2026-cı ilin iyununda ADY 198 min ton qida sənayesi məhsulları daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54 min 726 ton və ya 38 % çoxdur. İyunda “Azərbaycan Dəmir Yolları” 87 min 261 ton məhsulun tranzitini həyata keçirib. Bu göstərici isə 2025-ci ilun iyununa nisbətən 43 min 528 ton və ya 2 dəfə çoxdur.(modern.az)