Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR

Cəmiyyət

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin iyun ayında Ermənistana 5,91 min ABŞ dolları dəyərində, ümumi çəkisi 1,39 ton olan plastik tikinti detalları ixrac edilib.

Cagdas.az Azərbaycandan Ermənistana ixrac olunan plastik tikinti materiallarının istehsalçısını müəyyən edib. Ermənistana məhsul göndərən şirkət “Penoplex Prikavkazye” MMC-dir. Müəssisə polimer əsaslı tikinti və dekorativ üzlük materiallarının istehsalı ilə məşğuldur.

Şirkət Hacıqabul rayonu Atbulaq kəndində yerləşən Hacıqabul Sənaye Parkında fəaliyyət göstərir. Hacıqabuldakı müəssisə Rusiyanın “PENOPLEX” şirkətlər qrupunun sayca 15-ci zavodudur və rəsmi açılışı 2023-cü il mayın 31-də baş tutub.

Xatırladaq ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana ümumilikdə 17 milyon 128,64 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Eyni dövrdə Ermənistandan Azərbaycana dolayı idxalın həcmi cəmi 960 ABŞ dolları təşkil edib. İyun ayında isə Ermənistandan Azərbaycana hər hansı məhsul tədarükü qeydə alınmayıb.(modern.az)