Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ABŞ Bəndər-Abbas dəmir yolu stansiyasını vurdu

Cəmiyyət

ABŞ-ın Bəndər-Abbas dəmir yoluna hücumlarından sonra İran Dəmiryolları İdarəsi sərnişin daşımalarında dəyişiklik edib.

Cagdas.az APA-ya istinadən məlumat verir ki, İran Dəmiryolları İdarəsi Hörmüzqan vilayətində yerləşən dəmir yolu xəttinin bir hissəsinə ötən gecə edilən hücumdan sonra bu marşrut üzrə sərnişin qatarlarının hərəkətində məhdudiyyətlər yarandığını açıqlayıb.

Məlumata əsasən, Hörmüzqan vilayətində yerləşən Bəndər-Abbas stansiyasından yola düşən və ya bu stansiyaya gələn sərnişinlər əvvəlcə avtobuslarla həmin vilayətdə yerləşən Fin stansiyasına çatdırılır, daha sonra isə qatarla səfərlərini davam etdirirlər.

Qeyd edək ki, Bəndər-Abbas dəmir yolu stansiyası ötən gecə ABŞ tərəfindən hədəfə alınıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və stansiyaya ziyan dəyib.

Bəndər-Abbas dəmir yolu stansiyası İranın cənubundakı əsas dəmir yolu qovşaqlarından biri hesab olunur. Stansiyanın Şəhid Rəcai limanı ilə əlaqəsi bu kompleksi beynəlxalq Şimal–Cənub nəqliyyat dəhlizinin əsas məntəqələrindən birinə çevirir.