Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ebola virusu yenidən can alır – Ölənlərin sayı sürətlə artır

Cəmiyyət

Afrikada ebola virusu ilə bağlı narahatlıq davam edir. Konqo Demokratik Respublikasında yoluxanların sayı 2 mini keçib, ölənlərin sayı isə 800-ə yaxınlaşıb.

Cagdas.az xəbər verir ki, Konqoda virusunun yayılması ilə bağlı vəziyyət ağır olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun ölkədə gözləniləndən daha sürətlə yayıldığını açıqlayıb.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda dünya tarixində üçüncü ən böyük ebola epidemiyası yaşanır. Onun sözlərinə görə, virus son aylarda əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılıb və mövcud tədbirlər belə bu sürətin qarşısını almaqda çətinlik çəkir.

Bu arada, epidemiyanın təsir etdiyi digər ölkə olan Uqandadan isə müsbət xəbər gəlib. Ebola müalicəsi alan son xəstə xəstəxanadan evə buraxılıb. Hazırda ölkədə 42 günlük müşahidə dövrü başlayıb. Bu müddətdə yeni yoluxma halı qeydə alınmasa, ÜST Uqandanı eboladan azad ölkə elan edəcək.(sfera.az)