Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? – Son statistika

Cəmiyyət

2026-cı ilin iyununda may ayı ilə müqayisədə Bakıda torpaq və fərdi yaşayış evləri bahalaşıb.

Cagdas.az xəbər veriri ki bu barədə Referans Media-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən bildirilib.

Məlumata görə, iyunda inzibati rayonlar üzrə torpaq bazarında ən yüksək qiymət artımı Sabunçu, Suraxanı və Xəzər rayonlarında qeydə alınıb.

Belə ki, Sabunçuda bahalaşma 3,7%, Suraxanıda 3,5%, Xəzərdə isə 3,2% olub. Binəqədidə torpaq bazarında qiymətlər 3,3%, Qaradağda 3%, Xətaidə 2,9%, Səbaildə isə 2,8% artıb.

Bundan əlavə, Nərimanov rayonunun torpaq bazarında 2,7%-lik qiymət artımı qeydə alınıb. Yasamal, Nəsimi və Nizami rayonlarının hər birində qiymətlər 2,6%, Pirallahıda isə 2,3% yüksəlib.

Qeyd edək ki, paytaxtda fərdi yaşayış evləri üzrə ən yüksək bahalaşma Xəzər rayonunda (2,5%) qeydə alınıb. Sabunçuda qiymətlər 2,3%, Binəqədi və Suraxanıda 2,2%, Qaradağda isə 1,8% artıb.

Nərimanov, Xətai və Nizami rayonlarında artım 1,7%, Yasamal və Pirallahıda 1,6%, Səbail və Nəsimi rayonlarında isə 1,5% təşkil edib.