Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Məzunlara şad xəbər – 10 günə ala biləcəksiniz

Cəmiyyət

Azərbaycanda universitet diplomlarının bu ildən etibarən elektron formada verilməsinə başlanılır. Müvafiq qərarın tətbiqindən sonra əsas diqqət çəkən məqamlardan biri də sənədlərin verilmə müddəti və bu yeniliyin nələri dəyişəcəyidir.

Cagdas.az bildirir ki Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni qaydalar və rəqəmsallaşma sayəsində sənədləşmə prosesi maksimum dərəcədə sürətləndirilib:

“Diplom təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır. Tələbələr məzun olduqdan sonra onlar müvafiq diplomla təmin ediləcəklər”.

Agentlikdən həmçinin vurğulanıb ki, hazırda yeni sistemin tətbiqi və proseslərlə bağlı hər hansı gecikmə müşahidə olunmur. Beləliklə, elektronlaşma sayəsində məzunların aylarla diplom gözləmək məcburiyyətinə son qoyulur.