Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı – FOTOLAR

Cəmiyyət

Türkiyədə iyulun 12-də saxlanılan “Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə köməkçisi Alper Çelik arasında olduğu iddia edilən mərc məzmunlu yazışmalar üzə çıxıb.

Cagdas.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq çərçivəsində Haluk Leventin köməkçisi Alper Çelik də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İddialara əsasən, Alper Çelikin mobil telefonunda aparılan ekspertiza zamanı Haluk Leventlə arasında olduğu bildirilən mərc mövzulu mesajlaşmalar aşkarlanıb.

Yayılan yazışmalarda Haluk Leventin eyni gün ərzində təxminən 700 min lirə məbləğində mərc kuponu oynadığı, təkcə bir futbol oyunu üçün isə 500 min lirə mərc etdiyi bildirilir.

Hazırda İstanbul Cumhuriyyət Baş Prokurorluğunun “Ahbap” dərnəyi ilə bağlı başladığı istintaq davam edir.

Qeyd edək ki, sözügedən yazışmalar və mərc iddiaları istintaq materiallarında yer aldığı bildirilən məlumatlara əsaslanır. Bu iddialarla bağlı məhkəmənin yekun qərarı açıqlanmayıb və onlar hüquqi baxımdan təsdiqlənmiş fakt hesab olunmur.

Xatırladaq ki, 57 yaşlı Haluk Levent barəsində İstanbul Baş Prokurorluğu tərəfindən “Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılma qərarı çıxarılıb. Hazırda məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.

1
2
3
4