Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hirkan Milli Parkını kimlər zibilləyir? – FOTOLAR

Cəmiyyət

Hirkan Milli Parkının müxtəlif əraziləri və parkdan keçən yolboyu hissələr məişət tullantıları ilə çirkləndirilib.

Cagdas.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusilə plastik qablar, şüşələr, sellofan torbalar və digər tullantılar parkın təbii mənzərəsini korlayaraq xoşagəlməz görüntü yaradır.

Parkın dərinliklərinə doğru irəlilədikcə bu mənzərəyə daha çox rast gəlinir.

Ziyarətçilərin sözlərinə görə, ərazidə zibil qutularının sayı olduqca azdır. Yalnız bəzi fərdi sahibkarların fəaliyyət göstərdiyi çayxana və istirahət məntəqələrinin yaxınlığında zibil qutuları mövcuddur. Nəticədə, istirahətə gələnlərin bir qismi tullantıları elə milli parkın ərazisinə atır.

Problemin digər təhlükəli tərəfi isə qadağan olunmasına baxmayaraq, parkın müxtəlif hissələrində ocaq qalıqlarının aşkarlanmasıdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yay aylarında bu cür halların baş verməsi meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırır.

Diqqət çəkən məqamlardan biri də odur ki, tullantılara daha çox Xanbulan su anbarının yaxınlığında rast gəlinir. Bu isə bölgənin əsas içməli su mənbələrindən biri olan su anbarının çirklənməsi riskini artırır və ekoloji baxımdan ciddi narahatlıq doğurur.

Ziyarətçilər hesab edirlər ki, milli parkın müxtəlif hissələrində zibil qutularının sayının artırılması, əraziyə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi bu problemin həllinə mühüm töhfə verə bilər. Onların fikrincə, Hirkan Milli Parkı kimi unikal təbiət ərazisinin qorunması hər bir vətəndaşın məsuliyyətidir.

Medial

Medial

Medial

Medial

Medial

Medial