Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

Cəmiyyət
Yüksək təzyiqdən əziyyət çəkən şəxslər üçün yay istisi ciddi təhlükə yarada bilər.

Cagdas.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Jan-Fransua Renüççi hava temperaturu 30–35°C-dən yuxarı olduqda mümkün qədər evdə qalmağın daha təhlükəsiz olduğunu bildirir.

Həkimin sözlərinə görə, güclü istilər ürəyin işini ağırlaşdırır, orqanizmdə susuzlaşma, başgicəllənmə və halsızlıq yarada bilər. Tərləmənin dayanması və qəfil özünü pis hiss etmək isə təhlükəli əlamətlərdir və dərhal tibbi yardım tələb edə bilər.
Mütəxəssislər yüksək təzyiq xəstələrinə bol su içməyi, günün ən isti saatlarında çölə çıxmamağı, məcbur qaldıqda isə bunu səhər tezdən və ya axşam saatlarında etməyi tövsiyə edirlər.