Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan klubları rəqiblərini gözləyir

Cəmiyyət

Bu gün UEFA-nın klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Cagdas.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında növbəti mərhələnin cütləri müəyyənləşəcək.

Çempionlar Liqasında püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasında saat 15:00-da, Konfrans Liqasında isə saat 16:00-da start götürəcək.

Azərbaycan təmsilçilərindən “Sabah” ÇL-də, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Konfrans Liqasında potensial rəqiblərini tanıyacaq.

Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq.

Ağdamın “Qarabağ” komandası isə Avropa Liqasının eyni mərhələsində Bolqarıstan SSKA-sı ilə üz-üzə gələcək.

Konfrans Liqasında çıxış edən “Zirə” Estoniyanın “Payde”, “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) klubu ilə görüşəcək.(modern.az)