Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Cəmiyyət

Sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, “mygov” tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər.

Cagdas.az xəbər verir ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən Azərbaycan vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib. Bu xidmət sayəsində sərnişinlər qeydiyyat zamanı şəxsiyyət məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim edə bilərlər.

Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş “mygov” tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.

Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur və qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.(sfera.az)