Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İlon Maskdan XƏBƏRDARLIQ: “Cəmi 3 iliniz qalıb”

Cəmiyyət
“Süni intellekt qarşıdakı 3 il ərzində biznes dünyasını kökündən dəyişdirəcək”.

Cagdas.az  xəbər verir ki, bunu ABŞ-lı iş adamı, milyarder İlon Mask deyib.

Onun fikrincə, ənənəvi əmək sistemi tezliklə keçmişdə qalacaq.

“İnsanların əməklərini və vaxtlarını sataraq dolanışıqlarını təmin etmələri məsələsində maksimum üç illəri qalıb. Bundan sonra süni intellekt əksər tapşırıqları tamamilə avtomatlaşdıracaq və şirkətlərin işlənmiş saatlar üçün əmək haqqı ödəməsinin artıq mənası olmayacaq”, –  İ.Mask bildirib.

Milyarder xəbərdarlıq edib ki, indi hərəkətə keçməyənlər üçün sonra çox gec olacaq. İ.Mask növbəti üç il ərzində texnologiyanın əvəz edə bilməyəcəyi aktivlərə, xüsusən də bitkoin, torpaq, enerji ehtiyatları, faydalı insan əlaqələri və müstəqil istehsal bacarıqlarına vaxt ayırmağı məsləhət görüb.

İş adamı söyləyib ki, nəticə etibarilə, nə qədər tər tökməyiniz vacib deyil, əlinizdə qalacaqlar vacibdir: “İndi bu addımı atan insanlar 2035-2036-cı illərdə geriyə baxıb “mən hər şeyin gələcəyini görürdüm” deyəcəklər”.(ölkə.az)