Son dəqiqə

Tesla-dan inqilabi yenilik: Gələcəyin avtomobili təqdim olunur

Dünya

Tesla sürücülərin fərdi vərdişlərinə uyğunlaşan yeni avtonom idarəetmə sistemi üzərində işləyir. Şirkətin baş direktoru İlon Mask bildirib ki, yeni proqram təminatı sürücünün müdaxilələrini yadda saxlayaraq idarəetməni onun şəxsi üstünlüklərinə uyğunlaşdıracaq.

Çağdaş.Az xəbər verir ki, yeni sistem sürücünün tez-tez zolaq dəyişməsi, marşrut seçimi, qaraja daxil olma üsulu və digər sürmə vərdişlərini öyrənərək gələcəkdə bu davranışları avtomatik tətbiq edəcək.

Bununla belə, təhlükəsizlik üzrə mütəxəssislər yeni texnologiya ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, süni intellektin aqressiv sürmə, yüksək sürət və digər təhlükəli davranışları necə müəyyənləşdirib filtrdən keçirəcəyi hələ də açıq sual olaraq qalır.

Tesla-nın məqsədi avtonom idarəetməni daha rahat və fərdiləşdirilmiş hala gətirmək olsa da, ekspertlər hesab edirlər ki, sistemin təhlükəsizlik standartlarına tam uyğunlaşdırılması əsas prioritet olmalıdır.