• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycan Perunun aparıcı enerji şirkətindən pay alıb

07 Avqust, 26 / 21:26
A A

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya qoyub.

Cagdas.az -a bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu ilin fevral ayında Kanadanın pensiya fondu olan “Canada Pension Plan Investment Board” (“CPPIB”) “Inkia Energy” şirkətinin 50 % payını “I Squared”dən əldə edib. Qalan 50 % pay isə ARDNF-nin də iştirak etdiyi və “I Squared”in idarə etdiyi investisiya strukturu vasitəsilə satın alınıb.

“Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 %-ni təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.

“Inkia Energy” Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli, dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

“I Squared Capital” orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard ABŞ dollarından artıq məbləğdə aktivə malikdir. 2012-ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktur sahələrini əhatə edən investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.

Hazırda “I Squared Capital”ın investisiya portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞ-nin Mayami şəhərində yerləşir, Əbu-Dabi, London, Münhen, Nyu-Dehli, San-Paulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.(modern.az)

Bənzər Xəbərlər

Gündəm

Bu tarixlərdə doğulanlar üçün əlamətdar dəyişikliklər gözlənilir

Avqust 6, 2026
Gündəm

Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq

İyul 29, 2026
Gündəm

“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarıldı

İyul 25, 2026
Gündəm

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

İyul 25, 2026
Gündəm

Şəhid Vüsal Vəliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib – FOTOLAR

İyul 16, 2026
Gündəm

Bakıda “civə bazarı”nın görünməyən tərəfi

İyul 15, 2026

XƏBƏR LENTİ

Stressin bədəninizdə yaratdığı gizli təhlükələr

07 Avqust, 26 / 23:56

Evlilik kişilərə xoşbəxtlik və yüksək gəlir gətirir – Alimlərdən maraqlı araşdırma

07 Avqust, 26 / 23:41

“Beşiktaş”dan 31 milyonluq transfer həmləsi

07 Avqust, 26 / 23:00

19 yaşlı şahzadə 11 aylıq əsgərliyə yollandı

07 Avqust, 26 / 22:48

Ceki Çanın Bakıdakı film çəkilişlərindən görüntülər – Video

07 Avqust, 26 / 22:34

İlin toyuna geri sayım başladı – Messi də orada olacaq

07 Avqust, 26 / 22:20

Zelenski daha üç səfiri vəzifədən azad etdi

07 Avqust, 26 / 22:05

Son illərin böyük problemi: Uşaqların gec danışmasının səbəbləri

07 Avqust, 26 / 21:52

Bakıda vəzifəli şəxsin meyiti tapıldı – FOTO

07 Avqust, 26 / 21:40

Azərbaycan Perunun aparıcı enerji şirkətindən pay alıb

07 Avqust, 26 / 21:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.