Cagdas.az xarici KİV-ə istinadla xəbər verir ki, 19 yaşlı şahzadə digər çağırışçılarla birlikdə hərbi təlimlərə qoşulub.
Kral Sarayı həmçinin İzabellanın xidmət müddətində maaş və gündəlik müavinət almayacağını açıqlayıb.
Proqram təxminən 5 aylıq ilkin hərbi hazırlıq və 6 aylıq əməliyyat xidməti mərhələsindən ibarətdir.
Qeyd edək ki, Avropa və Arktika bölgəsində dəyişən təhlükəsizlik şəraitini nəzərə alan Danimarka hökuməti məcburi hərbi xidmət müddətini 4 aydan 11 aya qədər artırıb və sistemi qadınları da əhatə edəcək şəkildə genişləndirib.(ölkə.az)
















