• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Birimizə hücum hamımıza hücumdur: Məkkə Sazişi nə vəd edir?

12 Avqust, 26 / 12:30
A A

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqust 2026-cı ildə imzalanan Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik arxitekturasında diqqətçəkən yeni əməkdaşlıq formatı yaradıb. Sazişin ən mühüm müddəasına görə, tərəflərdən birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək. Bu müddəa sənədin NATO-nun kollektiv müdafiə prinsipinə bənzərliyi barədə müzakirələri də gündəmə gətirib.

Məkkə Sazişi yalnız üç ölkə arasında siyasi həmrəylik mesajı kimi deyil, həm də qarşılıqlı müdafiə və regional çəkindirmə mexanizmi kimi qiymətləndirilir. Türkiyənin hərbi və müdafiə sənayesi imkanları, Pakistanın hərbi potensialı və Səudiyyə Ərəbistanının maliyyə və strateji imkanlarının bir araya gəlməsi bu əməkdaşlığa xüsusi çəki verir. Bununla belə, sazişin real hərbi gücünün hansı səviyyədə olacağı tərəflərin gələcəkdə birgə hərbi planlaşdırma, kəşfiyyat mübadiləsi, müdafiə sənayesi və praktiki hərbi əməkdaşlıq sahələrində atacağı addımlardan asılı olacaq.

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı TBMM millət vəkili Şamil Ayrım Modern.az-a açıqlama verib.

O, Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan strateji təhlükəsizlik paktının üç ölkə baxımından mühüm çəkindirmə və həmrəylik mexanizmi olduğunu söyləyib:

“7 avqust 2026-cı ildə Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan Birgə Müdafiə Sazişinin ən güclü siyasi və hüquqi mesajı tərəflərdən birinə qarşı silahlı hücumun digərlərinə də edilmiş hesab olunmasıdır. Məkkədə imzalanan Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan strateji təhlükəsizlik paktı üç ölkə baxımından mühüm çəkindirmə və həmrəylik mexanizmidir.


Tərəflərdən birinə qarşı hərbi hücum baş verdiyi təqdirdə digər ölkələrin siyasi, kəşfiyyat, logistika və zərurət yarandıqda hərbi dəstək verməsi gündəmə gələ bilər. Lakin bu, Türkiyənin avtomatik olaraq müharibəyə girəcəyi anlamına gəlmir.
Türkiyənin birbaşa hərbi gücdən istifadə etməsi və ya xaricə əsgər göndərməsi hücumun şərtlərindən və Konstitusiyanın 92-ci maddəsi çərçivəsində Türkiyə Böyük Millət Məclisinin səlahiyyətindən asılıdır.
Xülasə, paktın mesajı belədir: Üç ölkədən birinin təhlükəsizliyinə yönəlmiş ciddi təhdid digər iki ölkənin də ortaq təhlükəsizlik məsələsi kimi qiymətləndiriləcək. Bu da regional çəkindirməni əhəmiyyətli dərəcədə gücləndirə bilər”.

TBMM millət vəkili Eylem Ertuğrul açıqlamasında sazişin ən diqqətçəkən müddəasının isə tərəflərdən birinə qarşı silahlı hücumun hər üçünə qarşı edilmiş hesab olunması olduğunu bildirib:

“Xarici işlər naziri Hakan Fidanın bu müddəanı texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzətməsi də təbii olaraq “yeni bir hərbi ittifaqmı yaranır?” sualını gündəmə gətirdi. Üstəlik, sazişin başqa ölkələrə açıq olması və Misirin mümkün iştirakı ilə bağlı müzakirələrin aparılması bu sualı daha da əhəmiyyətli edir. Lakin Məkkə Sazişinin əhəmiyyəti NATO-ya nə dərəcədə bənzəməsindən çox, necə bir təhlükəsizlik anlayışının məhsulu olmasındadır.


Sazişin qısa müddətdə kəşfiyyat, müdafiə sənayesi, hərbi təlimlər, birgə hərbi təlimlər, kibertəhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə dərinləşməsi daha real görünür. Üç ölkənin hərbi, texnoloji və maliyyə imkanları da bir-birini tamamlaya bilər. Lakin bu üç ölkəni eyni təhlükəsizlik çərçivəsində bir araya gətirən amilin ortaq düşməndən daha çox, müxtəlif təhlükəsizlik narahatlıqlarının kəsişməsi olduğunu söyləmək daha realdır.
Sazişin ən diqqətçəkən müddəası isə tərəflərdən birinə qarşı silahlı hücumun hər üçünə qarşı edilmiş hesab olunmasıdır”.

Onun sözlərinə görə, diplomatiyada qeyd olunanlar güclü bir ifadədir. Amma güclü ifadələrin arxasında güclü öhdəliklər yoxdursa, çəkindirmə ilə siyasi ritorika arasındakı məsafə sürətlə artır.

“Bu səbəbdən əsas məsələ sazişin imzalanması deyil, “birimizə hücum hamımıza hücumdur” prinsipinin praktikada nə məna daşımasıdır. Hələlik sazişin bütün müddəaları ictimaiyyətə açıqlanmayıb. Buna görə də Türkiyənin hansı şərtlər daxilində, hansı həcmdə və hansı mexanizmlərlə hərbi öhdəlik götürəcəyini indidən dəqiq şəkildə söyləmək mümkün deyil. Lakin Türkiyə baxımından sazişin müdafiə sənayesi aspektinin əhəmiyyətli olduğunu söyləmək mümkündür”.

Bənzər Xəbərlər

Dünya

Macarıstanda yeni prezident seçildi

Avqust 11, 2026
Dünya

Ermənistanın yeni Konstitusiyası ilə bağlı sensasion AÇIQLAMA

Avqust 11, 2026
Dünya

İran Parlamenti 2 həftəyə Hörmüzlə bağlı məsələyə baxacaq

Avqust 11, 2026
Dünya

Dünya liderlərinin neçə övladı var? – Siyahı təəccübləndirdi

Avqust 10, 2026
Dünya

Üç təşkilat FIFA prezidentinə qarşı birgə bəyanat yaydı

Avqust 10, 2026
Dünya

Tayfun təhlükəsi səbəbindən reyslər ləğv edildi – Sakinlər təxliyə edilir

Avqust 9, 2026

XƏBƏR LENTİ

Nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə buna açığıq – Prezident

12 Avqust, 26 / 14:36

Zakir Həsənov Naxçıvanda tapşırıqlar verdi

12 Avqust, 26 / 14:22

Naxçıvanın yolları təmir olunacaq – RƏSMİ

12 Avqust, 26 / 14:08

Naxçıvanda müasir suvarma sistemləri qurulacaq – VİDEO

12 Avqust, 26 / 13:54

Bakıda sərnişin avtobusu qəzaya uğradı – VİDEO

12 Avqust, 26 / 13:40

Bakı metrosundan 1 milyon insan istifadə edə bilər – STATİSTİKA

12 Avqust, 26 / 13:26

Müdafiə Nazirliyi məlumat yaydı – VİDEO

12 Avqust, 26 / 13:11

Azərbaycan dövləti 4,3 milyard manatlıq ipoteka krediti verib

12 Avqust, 26 / 12:57

Naxçıvanla bağlı Sərəncam: 258 milyon manat ayrıldı

12 Avqust, 26 / 12:44

Birimizə hücum hamımıza hücumdur: Məkkə Sazişi nə vəd edir?

12 Avqust, 26 / 12:30
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.