Dünya liderlərinin ailə həyatı və övladlarının sayı ictimaiyyətin maraq göstərdiyi mövzulardan biridir. Bəzi liderlərin övladları ictimaiyyət qarşısında görünsə də bir qismi siyasi gündəmdən uzaq və daha sakit həyat sürür.
Bəs dünya liderlərinin neçə övladı var?
Cagdas.az dünya liderlərinin övladlarının sayını təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyevin 3 övladı var – bir oğlu və iki qızı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 övladı var – iki qız və iki oğlan.
Pakistanın Baş naziri Şahbaz Şərifin 4 övladı var – iki qız və iki oğlan.
Rusiya Prezidenti Vladimir Putinin 2 qızı var.
ABŞ Prezidenti Donald Trampın 5 övladı var – üç qız və iki oğlan.
Kanadanın keçmiş Baş naziri Castin Trüdonun 1 övladı var – bir oğlu.
Şimali Koreya lideri Kim Çen Inın 1 qızı olduğu bildirilir.
Avstraliyanın Baş naziri Entoni Albanizin 1 oğlu var.
Çin Prezidenti Si Cinpinin 1 övladı – qızı var.
İtaliyanın Baş naziri Ciorcia Meloninin 1 qızı var.
Ukrayna Prezidenti Volodimir Zelenskinin 2 övladı var – bir oğlu və bir qızı.
İspaniyanın Baş naziri Pedro Sançesin 2 qızı var.
Avstriyanın keçmiş kansleri Karl Nehammerin 2 övladı – iki oğlu var.
Böyük Britaniyanın keçmiş Baş naziri Kier Starmerin 2 övladı var – bir qız və bir oğlan.
Ermənistanın Baş naziri Nikol Paşinyanın 4 övladı var – bir oğlu və üç qızı.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun 3 oğlu var.
Fransa Prezidenti Emmanuel Makronun isə övladı yoxdur.
Dünya liderlərinin övladlarının sayı ilə bağlı siyahıda fərqli rəqəmlər diqqət çəkir. Göründüyü kimi, bəzi liderlərin ailələri ictimaiyyətin diqqət mərkəzində olsa da, digərləri şəxsi həyatlarını mediadan uzaq tutmağa üstünlük verirlər.(sfera.az)
















