“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holanda Ginnesin Rekordlar Kitabının dörd sertifikatı təqdim olunub.
Cagdas.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq məlumat sorğu kitabçasının sosial şəbəkələrdəki səhifələrində yer alıb.
Bu nailiyyətlərdə əsas diqqət futbolçunun məhsuldarlığına yönəldilib.
Beləliklə, Ginnesin Rekordlar Kitabında Holandın eyni anda dörd rekordu rəsmi olaraq qeydə alınıb:
Millətlər Liqası tarixinin ən yaxşı bombardiri – 19 qol;
İngiltərə Premyer Liqası (İPL) tarixində 100 qola ən tez çatan futbolçu – 111 matç;
Bir mövsümdə vurulan qolların sayına görə İPL rekordçusu – 2022/2023 mövsümündə 36 qol;
UEFA Çempionlar Liqasının bir matçında beş qol vuran futbolçu.
















