Son dəqiqə

İlon Mask ABŞ iqtisadiyyatı üçün ən böyük riski açıqladı

Dünya

ABŞ-li milyarder və sahibkar İlon Mask ölkənin dövlət borcunun 50 trilyon dollara çatmasının ABŞ üçün kritik hədd olacağını bildirib.

Çağdaş.Az xəbər verir ki, Mask bu barədə sosial şəbəkədə paylaşdığı şərhdə istifadəçilərdən birinin təqdim etdiyi qrafikə münasibət bildirərkən yazıb:

Həmin qrafikdə ABŞ-ın dövlət borcunun 50 trilyon dollar həddinə çatmasının ölkə iqtisadiyyatı üçün kritik nöqtə olacağı göstərilib.

Qeyd edək ki, bu həftə ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb. Beləliklə, son 10 ildən az müddətdə ölkənin dövlət borcu təxminən 20 trilyon dollar artıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, 2026-cı ildə ABŞ iqtisadiyyatının 2,3 faiz böyüməsi gözlənilir. Bununla yanaşı, dövlət borcunun sürətlə artması iqtisadçılar və maliyyə bazarları tərəfindən əsas risk amillərindən biri kimi qiymətləndirilir.