Türkiyənin müdafiə sənayesi şirkətləri ASELSAN və ROKETSAN arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı 1 milyard 234 milyon 210 min avro dəyərində müqavilə imzalanıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə ASELSAN tərəfindən Kamuyu Aydınlatma Platformuna (KAP) təqdim olunan açıqlamada məlumat verilib.
Açıqlamada bildirilib ki, tərəflər arasında hava hücumundan müdafiə sistemləri üçün alt komponentlərin tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
Müqavilənin ümumi dəyəri 1 milyard 234 milyon 210 min avro təşkil edir.
Razılaşma çərçivəsində hava hücumundan müdafiə sistemlərində istifadə olunacaq müxtəlif alt komponentlərin istehsalı və tədarükü həyata keçiriləcək.
Bu əməkdaşlığın Türkiyənin müdafiə sənayesində istehsal və tədarük imkanlarının genişləndirilməsinə, eləcə də hava hücumundan müdafiə sistemlərinin inkişafına töhfə verəcəyi bildirilir.
Müqavilə son dövrdə Türkiyə müdafiə sənayesində imzalanan ən iri razılaşmalardan biri kimi qiymətləndirilir.
















