Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Son olaraq Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib. Bu addım azad edilmiş ərazilərdə əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində görülən işlərin növbəti mərhələsi kimi qiymətləndirilir.

Cagdas.az  işğaldan azad edilmiş rayonlarda hazırda fəaliyyət göstərən tibb müəssisələrinin sayı, onların rayonlar üzrə bölgüsü, yeni səhiyyə obyektlərinin yaradılması və mövcud infrastrukturun genişləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib.

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Şuşa şəhərində 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzinin layihəsi üzrə işlər tamamlanıb və burada ambulator tibbi xidmət təşkil edilib.

Hazırda Füzuli şəhərində 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayıl şəhərində 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının və Ağdam şəhərində 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının inşası davam etdirilir.

Bununla yanaşı, Laçın şəhərində 150 çarpayılıq, Kəlbəcər şəhərində 160 çarpayılıq, Qubadlı şəhərində 91 çarpayılıq və Zəngilan şəhərində 91 çarpayılıq rayon mərkəzi xəstəxanalarının tikintisi planlaşdırılır. Hazırda həmin tibb müəssisələri üzrə layihə-smeta sənədləri hazırlanır.\modern.az\