Bazar, 27 sentyabr 2026
Təcili
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Azərbaycan Prezidenti: “Ölkəmizdə çox yaxşı investisiya mühiti var” İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir Qaradağ rayonunda vulkan püskürüb – VİDEO Marsda qədim isti su izləri tapıldı Makron Məkkə ilə Mədinə barədə qərar verdi Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır
Dünya

Ukraynada müharibə 2027-ci ildə başa çata bilər – Proqnoz

0

Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Araşdırmalar İnstitutunun direktoru Ella Libanova Ukraynada genişmiqyaslı müharibənin 2027-ci ildə başa çata biləcəyini deyib.

Cagdas.az  xəbər verir ki, Libanova bu fikirləri “Telegraf”a müsahibəsində səsləndirib.

O, proqnozunun konkret səbəblərini açıqlamayıb. Sadəcə belə bir qənaətə gəldiyini və müharibənin gələn il başa çatacağını hiss etdiyini bildirib.

“Mən nədənsə müharibənin başa çatacağını görürəm. Düşünürəm ki, gələn il hər şey bitəcək. Niyə belə düşündüyümü bilmirəm. Sadəcə hiss edirəm. Düşünürəm ki, 2027-ci ildə hər şey başa çatacaq”, – deyə tədqiqatçı bildirib.

Müharibənin demoqrafik “qiyməti”

Libanovanın fikrincə, müharibənin Ukrayna üçün demoqrafik “qiyməti” təxminən 10 milyon nəfərdir.

O izah edib ki, bu rəqəmə yalnız həlak olanlar deyil, ölkəni tərk edən insanlar, müharibə səbəbindən dünyaya gəlməyən uşaqlar və Rusiyanın genişmiqyaslı işğalının digər demoqrafik nəticələri də daxildir.


Demoqraf qeyd edib ki, doğum səviyyəsinin azalması və ölüm göstəricilərində müəyyən dəyişikliklər Ukraynada müharibə olmasaydı belə baş verə bilərdi. Lakin müharibə bu prosesləri daha da sürətləndirib. Libanova həmçinin miqrasiya və Ukrayna ərazilərinin işğalına diqqət çəkib.

O, müharibə başa çatdıqdan sonra Ukraynanın ölkəni tərk etmiş insanların əhəmiyyətli hissəsini, eləcə də ərazilərini geri qaytara biləcəyinə ümid etdiyini bildirib.

Bununla belə, Libanova xəbərdarlıq edib ki, müharibənin başa çatması demoqrafik problemlərin dərhal aradan qalxacağı anlamına gəlməyəcək. Onun sözlərinə görə, müharibənin nəticələri bundan sonra da qalacaq, lakin mövcud itkilərin bir hissəsini kompensasiya etmək mümkün olacaq.

“Ümid edirəm ki, çox şeyi geri qaytaracağıq: əraziləri, insanları”, – deyə Libanova vurğulayıb.

Xaricdəki ukraynalı qadınların qayıdışı

Qeyd edək ki, daha əvvəl Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Araşdırmalar İnstitutunun direktoru və həmtəsisçisi Ella Libanova müharibə səbəbindən xaricə gedən ukraynalı qadınların bir hissəsinin ölkəyə qayıda biləcəyini bildirmişdi.

Onun sözlərinə görə, bunun üçün həmin qadınlara öz ixtisasları üzrə yenidən işləmək imkanı yaradılmalıdır.

Libanova hesab edir ki, bu, ilk növbədə yüksək ixtisaslı mütəxəssislərə aiddir. Onun fikrincə, bu qadınlar xaricdə peşəkar bacarıq və imkanlarını hər zaman tam reallaşdıra bilmirlər. Demoqraf qeyd edib ki, xaricdə ukraynalı qadın özünü daha təhlükəsiz hiss edə və yaxşı gəlir əldə edə bilər, lakin eyni zamanda peşəkar statusunu itirir.\modern.az\