• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

ABŞ və Çinin 1-ci xanımları Ağ Evdə “moda dueli”nə çıxdılar – FOTOLAR

25 Sentyabr, 26 / 21:32
A A

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Ağ Evdə dövlət səviyyəli şam yeməyində görüşərkən onların həyat yoldaşları Melaniya Tramp və Pen Liyuan da geyimləri ilə diqqət çəkiblər.

Cagdas.az xəbər verir ki, ABŞ-Çin münasibətlərində gərginliyin artdığı, xüsusilə süni intellektin tənzimlənməsi ilə bağlı fikir ayrılıqlarının müzakirə edildiyi bir vaxtda iki ölkənin lideri Ağ Evdə rəsmi şam yeməyində bir araya gəlib.

“Washington Post”un yazdığına görə, həmin gecənin əsas diqqətçəkən görüntülərindən biri də iki birinci xanımın tamamilə fərqli geyim seçimləri olub.


63 yaşlı Pen Liyuan mərasim üçün ənənəvi Çin geyim üslubunu xatırladan, dik yaxalı, uzun və sərbəst biçimli qırmızı libas seçib. Çin mədəniyyətində firavanlığın simvolu sayılan qırmızı rəngi o, ikiqat ağ mirvari boyunbağı ilə tamamlayıb.

73 yaşlı Si Cinpin isə Çin rəsmi geyiminin ənənəvi variantlarından biri hesab olunan qara Mao kostyumunda olub.

Donald Tramp klassik Qərb üslubuna üstünlük verərək qara smokin geyinib.

Lakin gecənin əsas moda sürprizi Melaniya Trampın seçimi olub.


ABŞ-ın birinci xanımı rəsmi pşam yeməyində qadınların ənənəvi olaraq uzun gecə libaslarına üstünlük verdiyi formatdan kənara çıxaraq şalvar geyinib.

Melaniya “Dolce & Gabbana” brendinin qara jakard şalvarını, eyni brendin ipək qurşağını və boyun hissəsində “Saint Laurent”in iri bantı olan ağ pambıq bluzunu seçib. Görünüşünü “Christian Louboutin” ayaqqabıları tamamlayıb.

Bu seçim Melaniyanın üslubuna da uyğun hesab olunur. O, rəsmi tədbirlərdə klassik uzun libas əvəzinə dəfələrlə daha cəsarətli və qeyri-standart geyimlərə üstünlük verib.

Pen Liyuanın moda dünyasındakı tanınmışlığı isə Çin liderinin həyat yoldaşı olmasından xeyli əvvələ gedib çıxır.

Si Cinpin dövlət başçısı olmamışdan əvvəl məşhur müğənni olan Pen Liyuan sonradan Çinin birinci xanımı kimi də ölkədə və beynəlxalq aləmdə diqqət çəkən simalardan birinə çevrilib.

Onun geyim üslubunda qədim və ənənəvi Çin geyimlərinin elementləri müasir Qərb biçimləri ilə birləşdirilir. 2013-cü ildə, Si Cinpinin hakimiyyətə gəlişindən qısa müddət sonra Pen Liyuan “Vanity Fair” jurnalının dünyanın ən yaxşı geyinən qadınları siyahısına daxil edilib.

Onun bir çox geyimləri Çin dizayneri Ma Kenin adı ilə əlaqələndirilir. Dizaynerin yaradıcılığında ekoloji və təkrar emal olunmuş materiallardan istifadə ilə yanaşı, ənənəvi Çin biçim və tikiş texnikalarına da yer verilir.

Melaniya Tramp da dövlət başçısının həyat yoldaşı olmamışdan əvvəl model kimi tanınırdı. Lakin iki birinci xanım Ağ Evdə və beynəlxalq tədbirlərdə fərqli moda strategiyalarına üstünlük verirlər.

Bir çox ölkələrin birinci xanımları rəsmi tədbirlərdə yerli moda evlərinin geyimlərini seçməklə milli sənayeyə dəstək nümayiş etdirirlər. Melaniya isə tez-tez Avropa və beynəlxalq məşhur dizaynerlərin geyimlərinə üstünlük verir.

O, rəsmi mərasimlərdə qadınların uzun ziyafət libasları geyinməsi ənənəsindən də bir neçə dəfə kənara çıxıb. 2025-ci ildə Qubernatorlar Assosiasiyasının şam yeməyində qadın smokinqi geyinən Melaniya 2026-cı ildə həmin tədbirdə bu dəfə diqqətçəkən gümüşü şalvarla görünmüşdü.

Bu dəfə isə Ağ Evdəki dövlət şam yeməyində onun şalvar seçimi Pen Liyuanın ənənəvi qırmızı ipək libası ilə kəskin kontrast yaradıb.

Beləliklə, həmin axşam iki fərqli geyim tərzi də diqqət çəkib: biri müasirlik və eksperimentə açıqlığı, digəri isə ənənə və klassik mərasim üslubunu nümayiş etdirib.\modern.az\

Bənzər Xəbərlər

Dünya

II Ramzesin 34 əsrlik sirri Türkiyədə AÇILDI

Sentyabr 25, 2026
Dünya

Almaniya parlamentində Ukrayna ilə bağlı qalmaqallı təklif

Sentyabr 25, 2026
Dünya

Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək - FOTOLAR

Sentyabr 25, 2026
Dünya

İranla diplomatik əlaqələri kəsdilər

Sentyabr 25, 2026
Dünya

Melaniyadan əri ilə bağlı etiraf: “O, bəzən məni eşitmək istəmir”

Sentyabr 24, 2026
Dünya

Netanyahu BMT-də çıxış edərkən çoxsaylı ölkələrin nümayəndələri zalı tərk etdi

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

PA-nın oktyabr ayı üzrə vətəndaş qəbulu cədvəli

25 Sentyabr, 26 / 21:49

BANK KARTLARI İLƏ BAĞLI TƏCİLİ XƏBƏR: Oktyabrın 1-dən etibarən...

25 Sentyabr, 26 / 21:45

II Ramzesin 34 əsrlik sirri Türkiyədə AÇILDI

25 Sentyabr, 26 / 21:42

Uşaq böyüdən tək anaların NƏZƏRİNƏ: Sizə verilməyən hüquqlar atalara verilir!

25 Sentyabr, 26 / 21:40

Bu ərazidə yaşayanlara ŞAD XƏBƏR

25 Sentyabr, 26 / 21:36

ABŞ və Çinin 1-ci xanımları Ağ Evdə “moda dueli”nə çıxdılar – FOTOLAR

25 Sentyabr, 26 / 21:32

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr, 26 / 21:16

Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı

25 Sentyabr, 26 / 19:28

Bir qrup hərbi qulluqçu təltif edildi – SƏRƏNCAM

25 Sentyabr, 26 / 19:14

Avtobuslarda sərnişin sayına görə ödəniş dövrü bitir

25 Sentyabr, 26 / 18:59
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.