ABŞ Prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Alina Habba ilə türkiyəli iş adamı Turhan Mildonun evlilik hazırlığında olduğu iddia edilib.
Cagdas.az xəbər verir ki, bir ildir münasibətdə olan cütlüyün İstanbulda nikah masasına oturacağı gözlənilir. “Middle East Eye” nəşrinin jurnalisti Ragıp Soylunun xəbərinə əsasən, Habba bu Mildonun evlilik təklifini qəbul edib. Bildirilib ki, cütlük ABŞ-də fəaliyyət göstərmiş keçmiş səfirin də iştirak etdiyi ortaq dostlar vasitəsilə tanış olub. Turhan Mildon münasibətlərinin siyasi xarakter daşımadığını və münasibətin tamamilə şəxsi olduğunu qeyd edib. Qeyd edək ki, 42 yaşlı Alina Habba 2021- 2024-cü illərdə Donald Trampın bir sıra mühüm məhkəmə işlərində vəkillik edib. O, Trampın ikinci prezidentlik dövründə Ağ Evdə prezidentin müşaviri vəzifəsində çalışıb.
29 yaşlı Turhan Mildon isə “Miller Holdinq”in baş direktoru kimi fəaliyyət göstərir. Mildon daha əvvəl Betül Gürsoy ilə evli olub və cütlük ötən il boşanıb.\metbuat.az\
















