Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq?

İqtisadiyyat

İkinci əl avtomobillərin satışında ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Yeni qaydaya əsasən, müəyyən şərtlərə cavab verən avtomobillərin təkrar satışında vergi avtomobilin tam qiymətindən deyil, yalnız dilerin ticarət əlavəsindən hesablanacaq.

Bu dəyişiklik avtomobillərin qiymətlərini ucuzlaşdıracaqmı?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ƏDV-nin hesablanması zamanı avtomobillər arasında hər hansı fərq qoyulmamalıdır:

“Necə ki, ticarət köşklərində və marketlərdə ƏDV hesablanır, avtomobillərin alqı-satqısında da eyni qayda tətbiq olunmalıdır. Bunun üstünlüyü ondan ibarətdir ki, bütün avtomobillərə maraq artacaq və bu mexanizm onların hamısına şamil ediləcək”.

Ekspert bildirib ki, dəyişiklik birtərəfli qaydada, yalnız dilerlərin gəlirlərini artırmaq və ya onların xeyrinə reklam xarakterli addım kimi həyata keçirilərsə, qiymətdə ciddi fərq yaratmayacaq:

“Çünki hazırda vətəndaşlar həm yeni, həm də ikinci əl avtomobilləri daha çox xaricdən birbaşa gətirməyə üstünlük verirlər. Onlar əlavə xərc tələb etməyən və daha sərfəli prosedurlarla avtomobil sahibi olmağa çalışırlar.

Buna misal olaraq dilerlərdən alınan avtomobillərlə və vətəndaşların özlərinin xaricdən gətirərək müvafiq qaydada rəsmiləşdirdikləri avtomobillər arasındakı qiymət fərqini göstərmək olar. Bu baxımdan, ikinci variant sahibkarlar və alıcılar üçün daha cəlbedici görünür. Bunun bir neçə səbəbi var. Əsas səbəb maliyyə fərqidir. Belə ki, dilerlərdə və avtomobil salonlarında satılan nəqliyyat vasitələrinin qiyməti eyni modelin digər satış kanalları ilə təklif olunan qiymətindən xeyli yüksək olur. Məhz bu amillər alıcıların avtomobilləri rəsmi dilerlərdən almağa marağını azaldır”.