Abşeronda sürücülük təlimi keçən şəxslərdən biri piyada keçidindən keçməyən piyadaların üztanıma vasitəsilə müəyyən edilərək cərimələndiyini iddia edib.
Cagdas.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Özünü sürücülük təlimçisi kimi təqdim edən şəxs iddia edib ki, Xırdalanda da bütün Təhlükəsiz Şəhər Kameraları (TŞK) vasitəsilə yolu düzgün keçməyən piyadalara SİMA tətbiqi üzərindən cərimə yazılır.
Cagdas.az bildiririki Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat təkzib olunub. Bildirilib ki, bu iddianın heç bir əsası yoxdur.
















