Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib.
Cagdas.az xəbər verir ki, bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib.
| Sıra
№-si |
Adı |
Ölçü vahidi |
Haqqın məbləğı (manatla, ƏDV daxil) |
| 1. | Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi | ədəd*reys | 30 |
| 2. | Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması | ||
|
2.1. |
Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün |
2 |
|
2.2. |
Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün |
3 |
|
2.3. |
Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün |
5 |
Qeyd 1. Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50%-i miqdarında əlavə haqq hesablanır.
Qeyd 2. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.
















