• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.6° Weather Columbus
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda kredit faizləri enə bilər

25 Sentyabr, 26 / 11:15
A A
Mərkəzi Bankın sentyabrın 23-də verdiyi qərarla uçot dərəcəsi 6,5%, yuxarı həddi isə 7,5% səviyyəsində sabit saxlanılsa da, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 5% səviyyəsinə endirilib. Bunun banklararası əməliyyatların artırılmasına hesablanmış addım olduğu düşünülür. Çünki bank sektorunun struktur likvidlik profisiti ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artaraq cari ilin avqust ayının sonuna 6,3 mlrd manata çatıb.

Cagdas.az bildiriri ki İqtisadçı ekspert Natiq Cəfərli Ölkə.az-a açıqlamasında qərarın bazara təsirlərini şərh edib. O, bunun banklarda likvidliyin artması ilə bağlı olduğunu deyib:

“Lakin sual yaranır, banklarda likvidlik niyə artıb? Niyə banklar kredit verə bilmir? Niyə əhali və biznes kredit götürmək istəmir? Niyə iqtisadi aktivlik zəifləyib? Bax, bu sualların da cavabı olmalıdır. Düzdür, bu, Mərkəzi Bankın mandatına aid deyil”.

Ekspertin fikrincə, qərar az da olsa, bankların kredit faizlərinə təsir edə və onun aşağı enməsinə səbəb ola bilər: “Qərar az da olsa, bankların kredit faizlərinə təsir edə bilər, lakin faizlərdə kəskin dəyişiklik olacağını düşünmürəm”.

Depozitlərə gəlincə, N.Cəfərli bildirib ki, burada vəziyyət bir qədər fərqlidir:

“Depozitlər 10% olanda cəlbedici oldu, əhali dollardan çıxıb depozitlərini manata çevirdilər. İndi depozit faizləri birdən-birə azalarsa, o zaman manatla depozit qoymağa maraq azala bilər. Biz əks prosesi görə bilərik. Lakin depozit faizləri azalmazsa, kredit faizləri də azalmayacaq”.

İqtisadçı Xalid Kərimli isə Ölkə.az-a açıqlamasında faiz dəhlizinin aşağı həddinin endirilməsində əsas məqsədin banklararası bazarın daha da genişlənməsini təşviq etmək olduğunu bildirib:

“Aşağı hədd nə deməkdir? Bankın əlində artıq pul qalanda, onu Mərkəzi Banka bu faizlə yerləşdirə bilər. Yəni avtomatik olaraq, əgər bank əlavə resursu yerləşdirməkdə çətinlik çəkirsə, həmin pulu bu faizlə Mərkəzi Banka yerləşdirir və gəlir əldə etmiş olur. Mərkəzi Bank bu göstəricini aşağı endirməklə bankların banklararası bazarda bir-birinə daha çox kredit verməsini təşviq edir və bu, banklararası bazarın aktivliyinin artırılması məqsədi güdür.

Digər bir məqam, struktur likvidliyi ilə əlaqədar məsələdir. Mərkəzi Bankın bəyanatından belə başa düşmək olur ki, bankların izafi pulları son dövrlər, xüsusən də, ilin sonu ilə müqayisədə 2,2 dəfə artıb və 6,3 milyard manat olub. Bu o deməkdir ki, bankların əlində yerləşdirə bilmədiyi 6,3 milyard manat var və bu, həddən artıq böyük rəqəmdir. Bu resursların banklararası bazarda aktiv şəkildə hərəkət edərək iqtisadiyyata faydasının artması üçün Mərkəzi Bank özünün götürdüyü depozit faizlərini aşağı salıb. Mərkəzi Bank bazarlara siqnal verir ki, hələ inflyasiya ilə əlaqədar qayğılar aradan qalxmayıb və faiz dərəcələrinin daha da aşağı salınması üçün şərait formalaşmayıb.

Banklararası bazarda aktivliyin artması bankların resurslarla təminatını yaxşılaşdıracaq. Yəni, Mərkəzi Bankın bankdan depoziti daha aşağı faizlə götürməsi həmin bankı sövq edəcək ki, digər banklara üz tutsun”.

Ekspert deyib ki, depozit faizlərində enmə baş verərsə, bu, kredit faizlərinə də təsir edə bilər:

“Lakin hesab etmirəm ki, kredit faizlərində bu qərar əhəmiyyətli dəyişiklik yaratsın. Çünki inflyasiya və ölkə iqtisadiyyatı ilə əlaqədar gözləntilər dəyişməyib. Bu qərar sürətli şəkildə depozit faizlərinə təsir edə, faizləri müəyyən qədər aşağı itələyə bilər, Burada qərarla yanaşı, bankların izafi likvidliyinin həddən artıq artması da rol oynayacaq. Yəni bankların manat resurslarına tələbatının az olması ona gətirə bilər ki, depozit faizləri düşsün. Depozit faizləri endikdən sonra bunun kredit faizlərinə ötürülməsi prosesi baş verə bilər. Lakin bu, qısa müddətli dövrdə hiss olunmaya da bilər”

Bənzər Xəbərlər

Cəmiyyət

Qaradağ rayonunda vulkan püskürüb - VİDEO

Sentyabr 26, 2026
Cəmiyyət

Marsda qədim isti su izləri tapıldı

Sentyabr 25, 2026
Cəmiyyət

Makron Məkkə ilə Mədinə barədə qərar verdi

Sentyabr 25, 2026
Cəmiyyət

Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır

Sentyabr 25, 2026
Cəmiyyət

Qazaxıstanlı dizayner: “Bakıda ortaq brend açmaq istəyirəm”

Sentyabr 25, 2026
Cəmiyyət

PA-nın oktyabr ayı üzrə vətəndaş qəbulu cədvəli

Sentyabr 25, 2026

XƏBƏR LENTİ

Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir

26 Sentyabr, 26 / 10:19

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

26 Sentyabr, 26 / 9:59

Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq

26 Sentyabr, 26 / 9:43

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

26 Sentyabr, 26 / 9:28

Azərbaycan Prezidenti: "Ölkəmizdə çox yaxşı investisiya mühiti var"

26 Sentyabr, 26 / 9:17

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir

26 Sentyabr, 26 / 9:13

Qaradağ rayonunda vulkan püskürüb - VİDEO

26 Sentyabr, 26 / 8:38

Marsda qədim isti su izləri tapıldı

25 Sentyabr, 26 / 23:44

Makron Məkkə ilə Mədinə barədə qərar verdi

25 Sentyabr, 26 / 22:42

Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır

25 Sentyabr, 26 / 22:29
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.