Son dəqiqə
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Azərbaycan Prezidenti: “Ölkəmizdə çox yaxşı investisiya mühiti var” İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir Qaradağ rayonunda vulkan püskürüb – VİDEO Marsda qədim isti su izləri tapıldı Makron Məkkə ilə Mədinə barədə qərar verdi Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır

Kəlbəcərdə 143 ton qızıl ehtiyatı var – Deputat

Cəmiyyət

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə işğaldan azad olunan ərazilərimizdə yeni istehsal sahələrinin qurulacağı bildirildi”.

Cagdas.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Dövlət Proqramına əsasən, bir sıra bölgələrimizdə, o cümlədən Ağdərə və Kəbəcərdə yeni zavodlar inşa ediləcək.

“Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları ilə Qarabağın ən zəngin regionlarından hesab olunur. Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. Rayon ərazisində yerləşən “Dəmirli” Mis Yatağında son geoloji kəşfiyyatlara əsasən ərazidə 470 min tona yaxın mis ehtiyatı var. Rayonun Qızılbulaq yatağı qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 q/t, gümüş 5,4 q/t, mis isə 1,41% təşkil edir. Selen, tellur və kükürd kimi qiymətli komponentləri də yataqda qeydə alınıb.

Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərin payına düşür. Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Göründüyü kimi, hər iki rayonumuz xammal ehtiyatları baxımından zəngin bölgələrimizdəndir. Bu isə Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın iqtisadi inkişafında əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir”.\modern.az\