Bazar, 27 sentyabr 2026
Təcili
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Azərbaycan Prezidenti: “Ölkəmizdə çox yaxşı investisiya mühiti var” İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir Qaradağ rayonunda vulkan püskürüb – VİDEO Marsda qədim isti su izləri tapıldı Makron Məkkə ilə Mədinə barədə qərar verdi Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır
İdman

Litva – Azərbaycan matçının hakimləri açıqlandı

0

UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Cagdas.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Menelaos Antoniu olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Çaristoforou, onun köməkçisi Dimitris Solomou olacaq.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.\modern.az