Son dəqiqə
Prezident: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır ABŞ-da HƏMAS-a maliyyə axını ilə bağlı gizli əməliyyatın DETALLARI Bu şəxslərin valideynləri, həyat yoldaşları və övladları üçün güzəşt müəyyənləşdi Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır 174 nəfərin olduğu təyyarədə DƏHŞƏT: İkinci pilot kapitana bıçaqla hücum edib Prezident: Heydər Əliyev Qarabağda separatizmə heç vaxt imkan verməzdi YAP-ın sədri: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi Şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik İlham Əliyev: Əvvəlki Ermənistan rəhbərlərinin hamısı hərbi cinayətkarlardır Qurultayımız ilk dəfə suverenliyimiz tam bərpa edildikdən sonra keçirilir
Reklam
Reklam

Alim: Süni intellekt ölümcül virus yaratmaqla bəşəriyyətə qalib gələ bilməz

Texnologiya

Süni intellekt (Sİ) ölümcül virus yaradaraq insanlıq üçün təhlükə törədə bilməz. Çünki o, nəzəri hesablamalarını laboratoriya şəraitində təcrübələrlə yoxlamaq imkanına malik deyil.

Çağdaş.Az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Virusologiya kafedrasının professoru Nikolay Nikitin TASS-a açıqlamasında bildirib.

Alimin sözlərinə görə, süni intellekt artıq dərman preparatlarının hazırlanması üçün perspektivli birləşmələrin müəyyənləşdirilməsində və yeni materialların yaradılmasında alimlərə kömək edir. Lakin bu texnologiya hələ ki, bioloji təcrübələri müstəqil şəkildə həyata keçirə bilmir.

Nikitin qeyd edib ki, süni intellektin bioloji təhlükələr yaratmaq və ölümcül viruslar hazırlamaq üçün istifadə edilməsi ehtimalı onun imkanlarını olduğundan artıq qiymətləndirmək deməkdir.

“Biologiyada istənilən qədər hesablama aparmaq və proqnoz vermək mümkündür. Lakin virusun konkret hüceyrə kulturasına təsiri laboratoriyada öyrənilməyincə, bu məlumatların praktiki əhəmiyyəti yoxdur. Süni intellektin bioloji sahədə apardığı hesablamalar həmişə dəqiq olmur və onun özü təcrübələr keçirə bilmir. Buna görə də neyron şəbəkələr bu sahədə insanları üstələyə və müstəqil şəkildə bioloji təhlükələr yarada bilməz”, – deyə professor bildirib.

Xatırladaq ki, sentyabr ayında Claude çatbotunu hazırlayan ABŞ-ın “Anthropic” şirkəti süni intellekt modellərindən potensial təhlükəli tədqiqatlarda istifadə edilməsi ilə bağlı beş hal aşkar etdiyini açıqlayıb.

Şirkətin hesabatında bildirilir ki, bəzi alimlər neyron şəbəkələrdən çikungunya virusunun xüsusiyyətlərini gücləndirmək, quş qripini məməlilərə yoluxmağa uyğunlaşdırmaq və çiçək xəstəliyinə səbəb olan ortopoksvirusların immun müdafiəni aşması ilə bağlı təcrübələri planlaşdırmaq üçün istifadə etməyə cəhd göstəriblər.

Həmçinin tədqiqatçılardan birinin viruslara qarşı immun müdafiənin aradan qaldırılması ilə bağlı qrant müraciəti hazırlamaq üçün süni intellektdən yararlanmağa çalışdığı müəyyən edilib.

“Anthropic” şirkəti potensial təhlükəli fəaliyyətləri aşkar etdikdən sonra həmin istifadəçilərin hesablarını bloklayıb. Bununla belə, şirkət tədqiqatçıların hansı ölkələrdən olduğunu və hansı elmi müəssisələrdə çalışdıqlarını açıqlamayıb.

Hesabatda xüsusi olaraq vurğulanıb ki, şirkət həmin tədqiqatçıların zərər vermək niyyətində olduqlarını iddia etmir.