Son dəqiqə
Nvidia qalmaqalı böyüyür: NYT Alis Huanq barədə yeni iddia irəli sürdü Bakıda yağış yağacaq, dağlara qar düşəcək – Bu günün havası Nuhun gəmisinin izi tapılıb? ABŞ laboratoriyasından ilk nəticələr gəldi Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO Bakının bəzi yollarında sıxlıq müşahidə olunur OpenAI-dan AI təhlükəsizliyi ilə bağlı qlobal təşəbbüs İordan çayının qərb sahilində gərginlik: evlər və avtomobillər yandırıldı ABŞ-da FTB-yə kiberhücum: Trampdan diqqətçəkən AÇIQLAMA Gürcüstanda qadınlarla bağlı SƏRT QADAĞA – Qərar hazırlanır Xərçəng xəstəliyi ilə bağlı YENİ ELMİ KƏŞF

Nuhun gəmisinin izi tapılıb? ABŞ laboratoriyasından ilk nəticələr gəldi

Dünya

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonundakı Durupınar Formasiyası ərazisində aparılan elmi araşdırmalar zamanı aşkarlanan taxta parçalarının ABŞ-da keçirilən karbon-14 analizinin ilkin nəticələri açıqlanıb.

Çağdaş.Az-ın məlumatına görə, araşdırmaçılar bildirib ki, nümunələr e.ə. 2400–2200-cü illərə aid ola bilər. Mütəxəssislərin fikrincə, bu tarix bəzi dini mənbələrdə göstərilən Nuh tufanı dövrü ilə üst-üstə düşür. Bununla belə, alimlər bu nəticənin tapıntının Nuhun gəmisinə aid olduğunu sübut etmədiyini vurğulayıblar.

Sivas Cümhuriyyət Universitetinin Arxeologiya fakültəsinin müəllimi, professor Cənkər Atilla bildirib ki, layihə çərçivəsində bu il ərazidə taxta və kömürləşmiş materiallar aşkar edilib.

Onun sözlərinə görə, tapılan nümunələr karbon-14 analizi üçün ABŞ, İsveçrə və TÜBİTAK laboratoriyalarına göndərilib.

Professor qeyd edib ki, ABŞ laboratoriyasından daxil olan ilkin nəticələr nümunələrin e.ə. 2200–2400-cü illərə aid olduğunu göstərir.

Atilla bildirib ki, bəzi müqəddəs mətnlərdə Nuh tufanının təxminən e.ə. 2300-cü illərdə baş verdiyi qeyd olunur və əldə edilən tarixlər bu dövrlə uyğunluq təşkil edir.

O əlavə edib ki, yekun nəticə çıxarmaq üçün İsveçrə və TÜBİTAK laboratoriyalarından gələcək analizlər də gözlənilir. Bütün nəticələr müqayisə edildikdən sonra yekun elmi qiymətləndirmə aparılacaq.

Araşdırma qrupunun sədr müavini Endryu Cons (Andrew Jones) isə bildirib ki, karbon-14 analizində müəyyən edilən tarixlər Nuh tufanı ilə bağlı irəli sürülən bəzi nəzəriyyələrlə üst-üstə düşsə də, bu fakt tapıntının Nuhun gəmisi olduğunu təsdiqləmir.

Onun sözlərinə görə, ABŞ laboratoriyasının nəticələrinə əsasən, analiz edilən iki taxta nümunəsinin yaşı təxminən 4 300 il olaraq müəyyən edilib.

Qeyd edək ki, Durupınar Formasiyasında aparılan son tədqiqatlar 28 iyun–30 sentyabr tarixləri arasında beş ölkədən təxminən 20 tədqiqatçının iştirakı ilə həyata keçirilib. Layihədə geofizika, geologiya və arxeologiya sahələri üzrə mütəxəssislər iştirak ediblər.