Son dəqiqə
TƏCİLİ: Quba-Xınalıq yolunda təhlükəli vəziyyət: 8 dağ kəndi ilə əlaqə kəsildi Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir Maaş və pensiyalar hansı qaydada qaldırılacaq? – AÇIQLAMA  30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir İrəvan bazarına yeni məhsullar gedir – Azərbaycanın yeni ixrac planı Bakının bu yolu birdəfəlik BAĞLANIR Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk” Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI
Reklam
Reklam

İlham Əliyev: Çinlə enerji əməkdaşlığı yeni müstəviyə keçib

Cəmiyyət

“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir”.
Cagdas.az  xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirib.

Dövlət başçısı Çinin aparıcı “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyətini yüksək qiymətləndirib.

“Bu yaxınlarda şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir”, – Prezident qeyd edib.
İlham Əliyev Azərbaycan-Çin dostluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığının birgə səylərlə daha da güclənəcəyinə əminliyini ifadə edib.