Son dəqiqə
Gələn ay səlahiyyət müddəti bitir – YENİDƏN SEÇİLƏCƏK? Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi – VİDEO “Fənərbağça”nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər TƏCİLİ: Quba-Xınalıq yolunda təhlükəli vəziyyət: 8 dağ kəndi ilə əlaqə kəsildi Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir Maaş və pensiyalar hansı qaydada qaldırılacaq? – AÇIQLAMA  30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir İrəvan bazarına yeni məhsullar gedir – Azərbaycanın yeni ixrac planı Bakının bu yolu birdəfəlik BAĞLANIR Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
Reklam
Reklam

Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb

Cəmiyyət

Odlar Yurdu Universiteti 2025-ci ili 7,573 milyon manat xalis mənfəətlə başa vurub.

Cagdas.az  Universitetin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,8 % çoxdur.

Ötən il Odlar Yurdu Universitetinin vergiyəqədərki mənfəəti 8,321 milyon manat (əvvəlki ilə nisbətən 54,4 % çox), mənfəət vergisi ödəmələri isə 748 min manat (13,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə Odlar Yurdu Universitetinin aktivləri 12,475 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % çoxdur. Hesabat dövründə Universitetin öhdəlikləri 26 % artaraq 2,682 milyon manata, balans kapitalı isə 18,6 % artaraq 9,793 milyon manata çatıb.

Xatırladaq ki, Odlar Yurdu Universiteti 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Universitetin rektoru Əhməd Vəliyevdir. O, vaxtilə Milli Məclisin deputatı olub.\modern.az\