Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

Gələn ay səlahiyyət müddəti bitir – YENİDƏN SEÇİLƏCƏK?

Cəmiyyət

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın səlahiyyət müddəti gələn ay başa çatır.

Çağdaş.Az xəbər verir ki, o, vəzifəyə 2019-cu il noyabrın 29-da Milli Məclisin qərarı ilə seçilib.

Noyabr ayında S.Əliyevanın ombudsman kimi fəaliyyətinin 7 illi tamam olur. O, bu vəzifəyə bir dəfə seçilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Eyni şəxs ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Xatırladaq ki, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında ombudsmanın aylıq vəzifə maaşının 3 060 mantdan 12 min manata qaldırılması barədə qanun layihəsi ikinci oxunuşda qəbul olunub./Olke.az/