Son dəqiqə
Yeni qanun nəyi dəyişəcək? – 8 VACİB MƏQAM Sosial müavinətlə bağlı yeni xəbər – 179 min nəfər… “Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb Prezidentin Mətbuat Xidməti açıqlama yayıb Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA gözləyir? YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? – İqtisadçılar diferensial mexanizmi açıqladılar AVTOBUSLARIN PULUNU DÖVLƏT ÖDƏYƏCƏK… – Sərnişindaşımada yeni mərhələ başlayır Əmr İMZALANDI: Onların maaşları artırıldı ADY-nin sərnişin daşımaları artıb Paşinyan: Ermənistan-Azərbaycan dəmir yolu və Türkiyə sərhədi açıla bilər
Reklam
Reklam

Azərbaycan banklarının depozit portfeli açıqlanıb – RƏQƏMLƏR

İqtisadiyyat

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib.

Çağdaş.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur.

Depozit portfelinin 50,9 %-i, yaxud 23 milyard 420,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 17,8 % artaraq 18 milyard 211,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 37,5 % artaraq 4 milyard 420,7 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 25 milyard 255 milyon manatı (1 il əvvələ nisbətən 12,7 % çox) qısamüddətli, 20 milyard 798 milyon manatı (+9,3 %) isə uzunmüddətli olub.