Son dəqiqə
İlham Əliyev Türkmənistan Prezidenti ilə təkbətək görüşdü Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq Sosial müavinət alanların nəzərinə Paşinyandan Medvedevə cavab: “Ermənistan yeni Rusiyaya çevrilməsin” Sabah dolu düşəcək, leysan yağacaq Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı – YENİLƏNİB “Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” – Paşinyan Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq Qış turizmində qar problemi belə həll olunacaq Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT
Reklam
Reklam

Fermerlərə dövlət dəstəyi verilərkən reytinqləri nəzərə alınacaq

Cəmiyyət

Azərbaycanda fermerlərə dövlət dəstəyi göstərilərkən onların fəaliyyətinin qiymətləndirildiyi reytinq sisteminin nəzərə alınması təklif olunur.

Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, aqrar məhsul istehsalçıları iqtisadi səmərəlilik, resurslardan effektiv istifadə və dövlət dəstəyindən təyinatına uyğun yararlanma baxımından qiymətləndiriləcəklər.

Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı müvafiq informasiya sisteminin məlumatları əsas götürüləcək, istehsalçıların reytinqi isə nəzərə alınacaq.

Layihədə dövlət dəstəyi vasitələri sırasında subsidiyalar, güzəştli kreditlər, kredit faizlərinin maliyyələşdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəştlər, həmçinin qrantlar göstərilir.

Reytinq sisteminin aparılması qaydasını səlahiyyətli orqan müəyyən edəcək. Layihədə qiymətləndirmənin konkret bal meyarları və reytinqin dəstəyin məbləğinə necə təsir edəcəyi açıqlanmır.