Son dəqiqə
Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq Sosial müavinət alanların nəzərinə Paşinyandan Medvedevə cavab: “Ermənistan yeni Rusiyaya çevrilməsin” Sabah dolu düşəcək, leysan yağacaq Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı – YENİLƏNİB “Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” – Paşinyan Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq Qış turizmində qar problemi belə həll olunacaq Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT “Azərbaycan əsgəri ömürlük Ermənistanda qalmayacaq” – Paşinyan
Reklam
Reklam

Qış turizmində qar problemi belə həll olunacaq

Cəmiyyət

Azərbaycanda 2026–2027-ci il qış turizm mövsümünə hazırlıq məsələsi gündəmdədir. Qarın miqdarı, dağ-xizək mərkəzlərinin texniki imkanları, turist axını və regionlarda xidmət səviyyəsi qarşıdakı mövsümün əsas məsələləri sırasındadır.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Cagdas.az –a açıqlamasında Azərbaycanda qış turizminin inkişaf perspektivlərindən danışıb.

Ekspertin sözlərinə görə, qış turizminin inkişafı artıq yalnız təbii qarın miqdarı və xizək imkanları ilə ölçülmür. Turistlərin gözləntiləri dəyişib, buna görə də dağ-xizək mərkəzlərində xidmətlərin çeşidinin genişləndirilməsi və hava şəraitindən asılılığın azaldılması vacibdir.

R.Quliyev bildirib ki, bu baxımdan süni qar sistemləri mühüm rol oynayır. Qarın kifayət qədər yağmadığı dövrlərdə həmin sistemlər mövsümün davam etdirilməsinə imkan verir. Eyni zamanda, qış turizmi mərkəzlərində rahat yerləşmə, iaşə, əyləncə və digər xidmətlərin inkişaf etdirilməsi turist məmnuniyyətinin artırılması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, turistlərin marağı yalnız xizək sürməklə məhdudlaşmır. Müasir turist səfər zamanı daha geniş xidmət paketindən istifadə etmək, regionda müxtəlif fəaliyyətlərdən yararlanmaq istəyir. Bu səbəbdən qış turizminin inkişafı üçün yalnız dağ-xizək infrastrukturu deyil, bütövlükdə turizm imkanlarının genişləndirilməsi tələb olunur.

Ekspert xüsusilə Şahdağ və Tufandağ kimi əsas qış turizmi mərkəzlərində turist axınının artacağını bildirib. Onun fikrincə, bu, hotellər, nəqliyyat, iaşə və digər xidmət sahələrində əlavə tələbat yaradacaq. Buna görə də mövsümə hazırlıq zamanı infrastrukturun artan turist sayına uyğunlaşdırılması və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir.Azərbaycanın qış turizmi potensialı yalnız qış ayları ilə məhdudlaşmır. Dağlıq ərazilərin ilboyu turizm məqsədilə istifadəsi regionlarda iqtisadi aktivliyin artmasına və yerli sahibkarlığın inkişafına imkan yaradır.

Ekspertin sözlərinə görə, davamlı inkişaf üçün xarici turistlərlə yanaşı, daxili turizmə də diqqət artırılmalıdır. Qiymətlərin əlçatanlığı, müxtəlif turist qruplarına uyğun xidmət paketlərinin hazırlanması və regionlarda qalma müddətinin uzadılması bu baxımdan əsas istiqamətlərdəndir. Turistlərin sayının artırılması ilə yanaşı, onların regionlarda daha uzun müddət qalmasına şərait yaradılmalıdır. Bunun üçün hotellər, restoranlar, əyləncə obyektləri və nəqliyyat xidmətləri arasında əlaqələndirilmiş turizm təkliflərinin formalaşdırılması vacibdir.

Beləliklə, qarşıdakı qış turizm mövsümündə əsas hədəflər hava şəraitindən asılılığın minimuma endirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, turist təhlükəsizliyinin təmin olunması və regionların turizm imkanlarından ilboyu daha səmərəli istifadə edilməsi olacaq.\modern.az\