40 yaşdan yuxarı kişilərin qarın nahiyəsindəki artıq çəkidən xilas olması üçün fərqli üsul təklif edilib.
Məşhurlarla çalışan fitnes həkimi kimi təqdim olunan Mark Davis “İskandinav limfa detoksu” adlı proqramın köməyi ilə altı həftəyə 14-18 kiloqram çəki itirməyin mümkün olduğunu iddia edir.
Cagdas.az xəbər verir ki , HEALTH-TIME.COM saytında yayımlanan materialda Mark Davis qarın nahiyəsindəki şişkinliyin və artıq çəkinin səbəblərindən birinin orqanizmdə maye toplanması ilə əlaqəli ola biləcəyini bildirir. Onun fikrincə, limfa sisteminin fəaliyyətinin dəstəklənməsi bədəndə artıq mayenin xaric olunmasına və qarın nahiyəsinin daha düz görünməsinə kömək edə bilər.
Həkimin təqdim etdiyi “Nordic Lymphatic Detox” proqramı ev şəraitində yerinə yetirilən yüngül hərəkətlərdən ibarətdir. Proqramın gündə 7-12 dəqiqə vaxt tələb etdiyi, xüsusi avadanlığa və idman zalına ehtiyac olmadığı bildirilir. Davis bu üsulla ilk 7-14 gün ərzində 2-7 kiloqram, altı həftə ərzində isə 14-18 kiloqram çəki itirməyin mümkün olduğunu iddia edir. Materialda qeyd olunur ki, proqram istifadəçinin ehtiyaclarına uyğun fərdi plan şəklində hazırlanır. Bunun üçün Nordletics platformasında qısa qiymətləndirmədən keçmək və gündəlik hərəkətləri yerinə yetirmək təklif olunur.
Mark Davis limfa sisteminin orqanizmdə maye balansının qorunmasında və artıq mayenin daşınmasında mühüm rol oynadığını vurğulayır. Onun fikrincə, bu sistemin fəaliyyətinə yönəlmiş hərəkətlər şişkinliyin azalmasına, bədənin daha yüngül hiss edilməsinə və qarın nahiyəsinin görünüşünün yaxşılaşmasına kömək edə bilər.
Qeyd edək ki, reklam materialında təqdim olunan çəki itkisi göstəriciləri Mark Davisin iddialarıdır.\sfera.az\


