Son dəqiqə
Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub
Reklam
Reklam

Rusiyanın fövqəladə hallar naziri ilk dəfə bu ölkəyə səfər edib

Dünya

Rusiyanın fövqəladə hallar naziri Alexander Kurenkov fəlakətlərin qarşısının alınması və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığı müzakirə etmək üçün Şimali Koreyaya səfər edib.

Çağdaş.Az-ın məlumatına görə, bu, Rusiya fövqəladə hallar nazirinin Şimali Koreyaya ilk rəsmi səfəridir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasına əsasən, Aleksandr Kurenkovun Pxenyanda Şimali Koreya Nazirlər Kabinetinin Baş naziri Pak Thae Song və Fəlakətlərin İdarə Edilməsi naziri Kim Chol Nam ilə görüşü planlaşdırılır.

Səfər çərçivəsində Rusiya və Şimali Koreya nümayəndə heyətləri fövqəladə hallar sahəsində əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edəcəklər.

Tərəflərin 2027–2029-cu illəri əhatə edən birgə fəaliyyət planını da imzalaması nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi ilə Şimali Koreyanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu 2024-cü il mayın 31-də Moskvada imzalanmışdı.

Bundan əvvəl Şimali Koreya rəsmiləri xilasetmə xidmətləri arasında əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq üçün dəfələrlə Moskvaya səfər etmişdilər.