Son dəqiqə
Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək? ŞAD XƏBƏR – Bu şəxslərə lotoreya ilə evlər veriləcək
Reklam
Reklam

Kadırovu 8 il sonra Bakıya gətirən səbəb üzə çıxdı

Dünya

“Çeçenistan rəhbəri Ramzan Kadırov bundan əvvəl Azərbaycana 2018-ci ildə səfər etmişdi”.

Çağdaş.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Bu şəxs keçmiş illərdə ölkəmizin ünvanına xoş olmayan sözlər deyib və cavabını da alıb. Elə 2024-cü ilin dekabrında Rusiya səmasında Bakı-Qroznı təyyarəsi raketlə vurulduqdan sonra da onun bu haqda açıqlaması normal deyildi. Ancaq Kadırov Prezident İlham Əliyevlə görüşündə təyyarəmizin “qəzaya uğramasıyla” əlaqədar öz adından, bütün çeçen xalqı adından dərin hüznlə başsağlığı verib. “Bu, bizim ortaq kədərimizdir” deyən Kadırov qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşdüyünü və həlak olanların hamısının ruhuna dualar etdiyini bildirib.

Kadırovun Azərbaycan Prezidentinə müraciətində “xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək” cümləsi də diqqət çəkicidir.

Ramzan Kadırov İlham Əliyevlə birgə “Ağ Şəhər”də olublar. Fikrimcə, bu səfər və Kadıvorun “Ağ şəhərlə” tanışlığı onu deməyə əsas verir ki, Çeçenistanın Azərbaycanın yatırımlarına ehtiyacı var“, – deyə politoloq qeyd edib.(Globalinfo.az)