Son dəqiqə
Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI 3 bürc MİLYONÇU olacaq: Gözlənilməz sərvət və böyük miras qapısı açılır Komitə sədri məsələyə qarışdı: Nazirlər Kabinetinin 325 nömrəli qərarı… İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR “Sabah” Çempionlar Liqasında növbəti oyuna çıxır Dünya bazarında qızılın qiyməti artıb İqtisadiyyat üzrə Nobel mükafatı Stokholmda AÇIQLANACAQ Netanyahu “NAZA” sənədli filminin iştirakçıları barədə cinayət araşdırması tələb edib Sudanda qızıl uğrunda müharibə: Hava zərbəsi ilə bağlı ŞOK İDDİA
Reklam
Reklam

Sudanda qızıl uğrunda müharibə: Hava zərbəsi ilə bağlı ŞOK İDDİA

Dünya

Sudanda fəaliyyət göstərən insan haqları təşkilatı Misir-Sudan sərhədi yaxınlığındakı qızıl mədəninə endirilən hava zərbəsi nəticəsində 72 mədənçinin həlak olduğunu iddia edib.

Çağdaş.Az Sudanın şimalında yerləşən qızıl mədəninə hücumla bağlı açıqlama yayan “Emergency Lawyers” təşkilatı hava zərbəsinin Misir Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini irəli sürüb.

Təşkilatın məlumatına görə, hücum nəticəsində azı 72 mədənçi həyatını itirib.

Digər tərəfdən, Sudan Doctors Network də bölgəyə hava hücumunun həyata keçirildiyini təsdiqləyib. Lakin qurum hücumun kim tərəfindən təşkil edildiyi barədə məlumat verməyib. Açıqlamada yalnız çoxsaylı insan itkisi olduğu bildirilib.

İndiyədək hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Həmçinin hücum zamanı istifadə olunduğu iddia edilən döyüş təyyarəsinin tipi barədə də hər hansı rəsmi məlumat açıqlanmayıb.

Bəzi mənbələr hücumun sərhədin Misir tərəfində yerləşən ərazidə baş verdiyini və Misir rəsmilərinin hadisədən əvvəl həmin bölgənin boşaldılması ilə bağlı xəbərdarlıq etdiyini iddia edirlər.

Lakin Misir Hərbi Hava Qüvvələri və Misir Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ekspertlərin qiymətləndirməsinə görə, Sudanda ordu ilə hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri(RSF) arasında davam edən silahlı qarşıdurma ölkənin iqtisadiyyatına ciddi zərbə vurub. Bu şəraitdə qızıl hasilatı hər iki tərəf üçün əsas maliyyə mənbələrindən birinə çevrilib.

Mütəxəssislər bildirirlər ki, son dövrlərdə qeyri-rəsmi üsullarla fəaliyyət göstərən qızıl mədənlərinin sayı artıb və burada çıxarılan qızılın böyük hissəsi qaçaqmalçılıq yolu ilə Misirə daşınır.

Qeyd edək ki, qızıl mədəninə zərbənin Misir Hərbi Hava Qüvvələri tərəfindən endirilməsi barədə məlumat hələlik yalnız Sudanın insan haqları təşkilatlarının iddialarına əsaslanır və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.