Son dəqiqə
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı

İllərdir yaşadığı evə çıxarış ala bilməyənlərə ŞAD XƏBƏR: bu sənədlər lazımdır – VİDEO

Cəmiyyət

Qeyri-rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda çıxarışsız evlərin və digər daşınmaz əmlakların sayı 500 minə yaxındır. Belə əmlakların sənədləşdirilməsi problemi hələ də qalır. İllərlə yaşadığı evə çıxarış ala bilməyən vətəndaşlar var.

Cagdas.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, səbəblərdən biri vaxtilə verilən sənədlərin arxivdə təsdiqini tapmamasıdır.

Ekspertin sözlərinə görə, çıxarışın olmaması bütün evlərin sənədləşdirilməsinin mümkünsüz olduğu demək deyil. Köhnə texniki pasport, digər sənədlər müəyyən şərtlərlə qeydiyyat üçün əsas ola bilər. Ancaq sənədin nə vaxt və hansı qurum tərəfindən verildiyi, tələb olunan hallarda arxivdə əsasının olub-olmadığı da yoxlanılmalıdır.

Ekspert bildirib ki, vətəndaş əlindəki sənədlərlə əmlakın qeydiyyatını aparan quruma rəsmi müraciət etməlidir.

Amma ünvan qeydiyyatı və kommunal xidmətlərin şəxsin adına olması təkbaşına mülkiyyət hüququ yaratmır. İmtina ilə razılaşmayan vətəndaş məhkəməyə müraciət edə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.\referans media\