Son dəqiqə
Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada

Magistral su borusu partladı, rayon mərkəzi və 6 kənd susuz qaldı

Cəmiyyət

Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Cagdas.az “Report”a istinadən xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb. Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir.