Son dəqiqə

Buğda ehtiyatlarımız azaldı

Cəmiyyət
Azərbaycanın buğda ehtiyatları 2025-ci ildə 3 299 041 ton təşkil edib.

Cagdas.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Məlumata əsasən, ehtiyatların həcmi 2024-cü il ilə müqayisədə 1,3%, 2020-ci il ilə müqayisədə isə 18,5% azalıb.

Ötən il buğda istehsalı 1 573 326 ton, idxal 1 267 322 ton təşkil edib.