Azərbaycan və Hindistan arasında birbaşa aviareyslərin sayının artırılması planlaşdırılır.
Cagdas.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 600 milyon ABŞ dollarına çatıb. Azərbaycanda Hindistan kapitallı 1000-dən çox şirkət fəaliyyət göstərir.
Ceyhun Bayramov qeyd edib ki, bu ildən Hindistandan 500 tələbə Azərbaycanda təhsil alacaq.
Nazir həmçinin son illərdə Azərbaycanda 30-dan çox Hindistan filminin çəkildiyini bildirib.


