Məşhur mesajlaşma tətbiqi “WhatsApp” istifadəçilər üçün iki yeni funksiyanı sınaqdan keçirir.
Cagdas.az xəbər verir ki, xarici mətbuatda yayılan məlumata görə, yeniliklərdən biri foto və videolardan hazırlanan stikerlərə səs əlavə etmək, digəri isə mesaj yazma bölməsinin dizaynını dəyişməkdir.
“WABetaInfo” və “Android Authority”nin məlumatına əsasən, hazırda “Android”in beta versiyalarında sınaqdan keçirilən funksiyalar istifadəçilərin ünsiyyət imkanlarını genişləndirməyə yönəlib.
Yeni funksiya vasitəsilə adi şəkillərdən hazırlanan stikerlərə 10 saniyəyədək səs yazısı və ya hazır audio fayl əlavə etmək mümkün olacaq. İstifadəçilər stikerə toxunaraq əlavə edilən səsi dinləyə biləcəklər. Videolardan hazırlanan animasiyalı stikerlər isə ilkin mərhələdə videonun 5 saniyəlik orijinal səsini saxlayacaq.
Digər yenilik mesaj yazma sahəsinin görünüşü ilə bağlıdır. Yeni dizaynda mətn yazmaq bölməsinin yuxarıda, əlavə idarəetmə ikonlarının isə aşağıda yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hər iki funksiya hazırda sınaq mərhələsindədir. Yeniliklərin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.\milli.az\


