Son dəqiqə
Putin NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq istəyir Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? – Tarif Şurasından açıqlama Əli Əsədov bu işçilərin maaşlarını təsdiqlədi – MƏBLƏĞLƏR Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı ABŞ-də yeni ştatın yaradılması səsverməyə çıxarılacaq ABŞ İranda vurulacaq hədəflərin siyahısını hazırladı Bakıda 5 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Təcili yardım maşınlarında yenilik tətbiq olunur

Cəmiyyət

Azərbaycanda təcili tibbi yardım xidmətinin daha operativ təşkili məqsədilə avtomobillərin naviqasiya sistemləri ilə təmin edilməsi və briqadaların planşetlərlə təchiz olunması istiqamətində işlərə başlanılıb. Yeni sistem çağırış ünvanlarının avtomatik müəyyənləşdirilməsinə, tibbi briqadaların fəaliyyətinin rəqəmsal idarə olunmasına və xəstələrə daha sürətli yardım göstərilməsinə imkan yaradacaq.

Cagdas.az bildiriri ki mövzu ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətində rəqəmsallaşdırmanın tətbiqi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.

TƏBİB-in məlumatına görə, planşetlərin 30 sentyabr 2026-cı il tarixindən etibarən stansiyalara verilməyə başlanılıb. Hazırda sistem test rejimində tətbiq olunur və bu çərçivədə 1300-dən çox real çağırış icra edilib.

İndiyədək ümumilikdə 56 planşet təcili tibbi yardım stansiyalarına təqdim olunub. Hazırda sistem Nərimanov, Nizami, Xətai, Nəsimi, Binəqədi və Yasamal rayonlarını əhatə edir.

Xətai rayonunda sistem stansiyanın 1 və 2 saylı bölmələrində, Binəqədi rayonunda 3 saylı, Yasamal rayonunda isə 2 saylı bölmədə tətbiq olunur.

Qurumdan bildirilib ki, layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində rəqəmsal həllərdən istifadənin genişləndirilməsi, çağırışların icrası prosesinin təkmilləşdirilməsi və xidmətin operativliyinin artırılması hədəflənir.

Sistemin ölkə üzrə tam tətbiqinin bir ay ərzində həyata keçirilməsi nəzərdə tutulur. Rəqəmsal həllərin tətbiqi çağırışların icrası prosesinin daha səmərəli təşkilinə və təcili tibbi yardım xidmətinin operativliyinin artırılmasına xidmət edəcək.