Bu qış mövsümündə Ukraynanı dəhşətli humanitar fəlakət gözləyə bilər.
Çağdaş.Az Ajans.az istinadən xəbər verir ki, bu barədə qlobal münaqişələri izləyən ACLED təşkilatının Şərqi Avropa üzrə eksperti Kristian Vlas danışıb.
“Bu qış dəhşətli humanitar vəziyyətin şahidi olacağıq, üstəlik, keçən il olduğundan daha tez”, – deyə o bildirib.
Kristian Vlas iddia edib ki, Rusiya kənd təsərrüfatı və taxıl ixracı kimi vacib sektorlara zərbə endirərək, Ukrayna iqtisadiyyatının müxtəlif sahələrini eyni vaxtda sarsıtmağa çalışır.


