Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Prezidentin təyinat verdiyi Səbuhi Sadıqov kimdir? – DOSYE

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Sadıqov uzun illər maliyyə, audit və konsaltinq sahələrində çalışıb.

Cagdas.az  Səbuhi Əhəd oğlu Sadıqovun dosyesini təqdim edir.

Səbuhi Sadıqov 1984-cü ildə anadan olub.

O, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb.

2007–2018-ci illərdə beynəlxalq audit və konsaltinq şirkəti olan “Ernst & Young”da müxtəlif vəzifələrdə çalışıb və baş menecer vəzifəsinədək yüksəlib.

2018–2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru vəzifəsini tutub. Həmçinin bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri olub.

Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.\modern.az\